“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Hüquqi aktlar

“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 mart tarixli 1947 nömrəli Sərəncamının 2.1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 992, № 11, maddə 1404; 2021, № 1, maddə 102, № 4, maddə 412, № 7, maddə 883, № 8, maddə 963, № 10, maddə 1168, № 12, maddə 1540; 2022, № 3, maddə 260, № 4, maddə 418, № 6, maddə 667, № 8, maddə 963, № 9, maddə 1094, № 12, maddə 1537; 2023, № 1, maddə 142; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 9 mart tarixli 84 nömrəli və 27 mart tarixli 91 nömrəli qərarları) 2-ci hissəsində “mayın 1-dək” sözləri “iyulun 1-dək” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri.

Bakı şəhəri, 23 may 2023-cü il

№ 161