Azərbaycanın parlament nümayəndə heyəti Ankarada Anıtqəbri ziyarət edib
Digər xəbərlər

Azərbaycanın parlament nümayəndə heyəti Ankarada Anıtqəbri ziyarət edib

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərliyi ilə deputatlar Asim Mollazadə, Nigar Arpadarai, Nəsib Məhəməliyev və Erkin Qədirlidən ibarət parlament nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan parlamentariləri iyulun 14-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını - Anıtqəbri ziyarət ediblər.

Azərbaycan parlamenti adından Anıtqəbrin önünə əklil qoyulub.

Sonra burada yerləşən Qurtuluş Savaşı Muzeyi ilə tanışlıq olub.

Milli Məclisin komitə sədri Səməd Seyidov Anıtqəbrin xatirə kitabına ürək sözlərini yazıb.

AZƏRTAC