“Heydər Əliyev İli” çərçivəsində “Milli mədəniyyətimiz Heydər Əliyev ideyalarından güc alır” adlı tədbir
Digər xəbərlər

“Heydər Əliyev İli” çərçivəsində “Milli mədəniyyətimiz Heydər Əliyev ideyalarından güc alır” adlı tədbir

R.Behbudov adına Mahnı Teatrında Azərbaycan Milli Konservatoriyası nəznində Musiqi Kolleci və Nəsimi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Milli mədəniyyətimiz Heydər Əliyev ideyalarından güc alır” adlı tədbir keçirilib. 30 may Nəsimi Rayon İcra Hakimiyyətinin məlumatında bildirilir.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının rəhbərliyi, Musiqi Kollecinin pedaqoji kollektivi, kütləvi informasiya vasitələrinin nümayəndələri və rayon gəncləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan kollecin direktoru, Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, Ulu öndər Heydər Əliyev müstəqilliyimizin ilk dövründə Azərbaycanın gələcək uğurlu inkişafının ideoloji prinsiplərini dəqiq müəyyənləşdirib.

Sonra Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov çıxışında ümummilli liderin, dahi öndərin milli mədəniyyətimizin inkişafındakı xidmətlərindən danışıb.

Sonra Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən danışaraq bildirib ki, milli dövlətçiliyin inkişafını və qüdrətlənməsini təmin edən tarixi şəxsiyyətin həyatı və fəaliyyəti bu tarixin özü ilə eyniləşir, bu dövrün başlıca mahiyyətini təşkil edir. Heydər Əliyev çağdaş Azərbaycan tarixinin yönünü və məzmununu müəyyən etməklə zamanın fövqünə yüksəlib, əbədiyyət qazanıb.

“Respublika”.