Azərbaycanda koronavirus infeksiyasına 3845 yeni yoluxma faktı qeydə alınıb
Səhiyyə

Azərbaycanda koronavirus infeksiyasına 3845 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVİD-19) infeksiyasına son sutkada 3845 yoluxma faktı qeydə alınıb, 3876 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 41 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 428 min 736 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 370 min 2 nəfər müalicə olunaraq sağalıb, 5 min 677 nəfər vəfat edib. Aktiv xəstə sayı 53 min 57 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 min 102, bu günə qədər isə ümumilikdə 4 milyon 481 min 39 test icra olunub.

AZƏRTAC