Azərbaycanda dünənə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyon 787 min 678-dir
Səhiyyə

Azərbaycanda dünənə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyon 787 min 678-dir

Fevralın 21-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 88 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 12, ikinci mərhələ üzrə - 71, üç və daha çox doza vaksinlərin sayı 5-dir.

Azərbaycanda indiyə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyon 787 min 678, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 285 min 339, ikinci mərhələ üzrə 4 milyon 775 min 34, üç və daha çox doza vaksinlərin sayı 2 milyon 533 min 323, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 193 982-dir.

AZƏRTAC