Azərbaycan və Türkiyə sualtı hücum və müdafiə qruplarının təlim-məşqlərində növbəti mərhələ icra olunub
Digər xəbərlər

Azərbaycan və Türkiyə sualtı hücum və müdafiə qruplarının təlim-məşqlərində növbəti mərhələ icra olunub

Azərbaycanın və Türkiyənin sualtı hücum və sualtı müdafiə qruplarının iştirak etdiyi birgə təlim-məşqlərində növbəti mərhələnin tapşırıqları icra olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu mərhələdə Xəzər dənizinin Azərbaycana məxsus sektorunda şərti terrorçu qrup tərəfindən zəbt edilən gəmidə onların zərərsizləşdirilməsi və gəminin azad olunması tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilib.

Helikopter və katerlərin cəlb olunması ilə keçirilən təlimin növbəti mərhələsində iki qardaş ölkənin xüsusi təyinatlıları qarşıya qoyulan tapşırıqları yüksək peşəkarlıq göstərərək dəqiq və effektiv icra ediblər.

AZƏRTAC