Azərbaycan ilə Gürcüstan arasında təhsil sahəsində imzalanmış saziş böyük ümidlər yaradır
MÜSAHİBƏLƏR

Azərbaycan ilə Gürcüstan arasında təhsil sahəsində imzalanmış saziş böyük ümidlər yaradır

Azərbaycanın və Gürcüstanın Təhsil nazirlikləri arasında təhsil sahəsində əməkdaşlığa dair sazişdə iki ölkənin məktəbləri arasında əməkdaşlığın artırılması, qonşu ölkədəki azərbaycandilli məktəblərlə bağlı əməkdaşlığın daha da intensivləşdirilməsi nəzərdə tutulub.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycanın təhsil naziri Emin Əmrullayev söyləyib.

"Sənəddə, həmçinin Azərbaycan və Gürcüstan alimləri, tədqiqatçıları, gəncləri arasında elm və təhsil sahəsində mübadilələrin, elmi tədqiqat layihələrinin keyfiyyətinin artırılması məsələləri də nəzərdə tutulub", - deyə E.Əmrullayev vurğulayıb.

AZƏRTAC