Aprel döyüşləri şəhidinin ailəsi  ziyarət  edildi
Region

Aprel döyüşləri şəhidinin ailəsi  ziyarət  edildi

İmişli  Rayon  İcra  Hakimiyyətinin başçısı  Elçin  Rzayev, Yeni  Azərbaycan  Partiyası İmişli rayon  təşkilatının sədri  Səfa  Ağayev  və  hüquq-mühafizə orqanlarının  rəhbərləri  Aprel  şəhidi  kapitan  Nəcməddin  Savalanovun  ailəsini  ziyarət  etdilər.

Nəcməddin  Savalanov  1985-ci il fevralın  26-da  İmişli  rayonunun  Göbəktala  kəndində  anadan  olmuşdur.  2016-cı il aprel  ayının  2-də  Qapanlı-Seysulan  istiqamətində  gedən  döyüşlərdə  ağır yaralansa  da,  may  ayının 8-də  şəhid  olub. Mayın  9-da şəhid  kapitan Nəcməddin Savalanov   doğulduğu  Göbəktala  kənd  qəbiristanlığında  dəfn  edilmişdir.

Şəhidin ailəsi ilə görüşdə  RİH-in  başçısı  Prezident  İlham  Əliyevin  Aprel  şəhidlərinin  şücaətlərini  yüksək  qiymətləndirdiyini,  həmin  döyüşləri  tarixi  qəhrəmanlıq  adlandırdığını  diqqətə  çatdırdı.  Qeyd  etdi  ki, bu  döyüşlər  2020-ci  ilin  10  noyabr  zəfərinə  44  günlük Vətən  müharibəsində  qazanılan  tarixi  qələbəyə,  doğma  Qarabağa  yenidən  dönüşümüzə  aparan  yolun  ilk  uğuru,  başlanğıcı  kimi  dəyərləndirilib. Elçin  Rzayev   ailənin qayğıları  ilə  maraqlanıb,  təklif  və  müraciətlərini  dinlədi.  Görüşdə  Nəcməddin  Savalanovun  şərəfli  döyüş  yoluna  nəzər  yetirildi. 

Qeyd  olundu  ki,  Azərbaycanın  ərazi  bütövlüyü  uğrunda  canlarından  keçən  bütün  şəhidlərimiz  kimi,  kapitan  Nəcməddin  Savalanovun  da  xatirəsi  daim  qəlbimizdə  yaşayacaq.  Şəhid  ailəsi  göstərilən  diqqət  və  qayğıya  görə  Prezident  İlham  Əliyevə  və  Birinci vitse-prezident  Mehriban  xanım  Əliyevaya  minnətdarlıqlarını  ifadə  etdilər.

Ərəstun ABDULOV,

“Respublika”.