Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş tədbir
Region

Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş tədbir

Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illik yubileyi münasibətilə Şirvan Şəhər Mədəniyyət Mərkəzində “Zərifə Əliyeva – ürəklərdə əbədi yaşayan işıqlı xatirə” adlı tədbir keçirildi. Öncə Zərifə xanım Əliyevanın əziz xatirəsi böyük hörmət və ehtiram yad edildi. Sonra isə büstü önünə tər gül dəstələri düzüldü. Zərifə xanım Əliyevaya həsr olunmuş sənədli film izlənildi. Sonra Şirvan vurğuladı ki, görkəmli oftalmoloq-alim, akademik, tibb elmləri doktoru, ictimai xadim, oftalmologiya elmində xüsusi dəst-xətti ilə iz qoymuş Zərifə xanım Əliyevaya əbədiyaşarlıq qazandıran onun nəcib niyyəti, xeyirxah əməlləri, vətən naminə gördüyü böyük işləridir. Zərifə xanım Əliyeva Ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, qayğıkeş ana, ictimai xadim idi.

Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzinin müdiri Mətanət Səfərova akademik Zərifə xanım Əliyevanın dərin və mənalı ömür yolu, elmi və akademik fəaliyyətindən danışdı.

 Tofiq HÜSEYN,

“Respublika”.