Zəngilanda partlayıcı vasitələr aşkarlanıb
Gündəm

Zəngilanda partlayıcı vasitələr aşkarlanıb

Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində partlamamış sursatların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.

"Respublika" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.  

Məlumata əsasən polis əməkdaşları rayonun Sarıqışlaq kəndi ərazisində 3 müxtəlif çaplı top mərmisi və 3 barıt atımı aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı Zəngilan Rayon Polis Şöbəsində araşdırma aparılır.