“Qurtuluş yürüşü-2023” qaçış marafonu
İdman

“Qurtuluş yürüşü-2023” qaçış marafonu

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi və 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Masallıda “Qurtuluş yürüşü - 2023” qaçışı təşkil edilib. 16 iyun Gənclər və İdman Nazirliyindən bildirilir.

Yürüşdə iştirakçılar rayonun Heydər Əliyev parkından start götürərək Səfəralı Məmmədov, İntiqam Əsgərli küçələri, Bakı prospekti, Zərifə Əliyeva, Dadva küçələri, Heydər Əliyev prospekti, Qarabağ küçəsi marşrutu üzrə yürüşə başlayıb və sonda təyin olunan finiş xətti ilə yürüşü başa vurublar. Mükafatlandırma mərasimi öncəsi Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Marafonun sonunda fərqlənənlər təşkilat komitəsi tərəfindən müvafiq dərəcəli medal və diplom, eləcə də təşəkkürnamə və qiymətli hədiyyələrlə təltif ediliblər.

“Respublika”.