Yeni təyinatlar Türkiyə iqtisadiyyatını canlandıracaq
Digər xəbərlər

Yeni təyinatlar Türkiyə iqtisadiyyatını canlandıracaq

Mehmet Şimşək Türkiyənin xəzinə maliyyə naziri olduqdan sonra Mərkəzi Bankın rəhbərliyində gözlənilən dəyişiklik baş verib. Türkiyə Cümhuriyyəti tarixində ilk dəfə olaraq Mərkəzi Bankın sədrliyinə qadın seçilib. Türkiyənin Boğaziçi Universitetini birinciliklə bitirdikdən sonra təhsilini Birləşmiş Ştatların Prinston Universitetində davam etdirən Hafize Gaye Erkan sözügedən quruma təyinat alıb.

2 illik doktorantura proqramını bir ildə bitirərək universitet tarixində ilkə imza atan, eləcə ABŞ-da "ən gənc maliyyə professoru" adını qazanan 41 yaşlı yeni sədr müxtəlif dövrlərdə "Goldman Sachs", "First Republic Bank"da direktor vəzifələrində çalışıb. Bu səbəbdən Erkan bazar risklərinin idarə edilməsi sahəsində yüksək təcrübəyə malikdir. Türkiyəli iqtisadçı İlhan Ege Hafize Gaye Erkanın vəzifəyə gəlməsilə birgə ortodoks siyasətə qayıdış məsələsinə diqqət çəkib: "Türkiyənin rasional zəminə qayıtmaqdan başqa çarəsi yoxdur" deyərək vəzifəsinin icrasına başlayan nazir Şimşəkin ortodoks modelə üstünlük verdiyi məlumdur. Hazırda lirənin ucuzlaşması da Şimşəyin ilk taktiki siyasəti hesab edilir. Mərkəzi Bankın rezervlərini qorumağı ilk hədəf olaraq seçən yeni nazir bankın bazarda dollar satmasını qadağan edib. Başqa sözlə, Türkiyə tam şəkildə üzən məzənnə sisteminə qədəm qoyub. Əslində, Türkiyədə həmişə sözügedən sistem mövcud olub, ancaq lirənin kəskin ucuzlaşmaması üçün Mərkəzi Bank özəl bankların vasitəsilə bazara vaxtaşırı dollar təqdim edib bununla da sürətli ucuzlaşmanı ləngitməyə çalışıb. Bu isə bankın rezervlərinin tədricən əriməsinə səbəb olub. İndi isə dollar satışının əhəmiyyətli dərəcədə azaldılması ilə lirənin ucuzlaşması prosesi gedir. Lirə əslində lazımi səviyyəyə düşəndən sonra Mərkəzi Bankın rezervlərinin əriməsi dayanacaq artım başlayacaq. Amma Şimşəyin bütün bu planlarının icrası üçün Mərkəzi Bankın strukturunun da dəyişməsi lazım gəlirdi.

Yeni təyinatla görürük kihər iki qurumun rəhbərinin dünyagörüşü iqtisadi yanaşmaları bir-birinə uyğundur. Bu da yaxın gələcəkdə Türkiyə iqtisadiyyatı üçün yeni uğurlu dövrün başlayacağına işarə edir. Yeni təyinatlar Türkiyə iqtisadiyyatında yeni dövrün başlaya biləcəyinə işarə etsə , hökumət aşağı faiz siyasətini müdafiə etdiyindən iqtisadiyyatın gələcək gedişatını proqnozlaşdırmaq çətindir. Bu kontekstdə iqtisadi siyasətin necə dərəcədə dəyişdiriləcəyi Mərkəzi Bankın iyunun 22- keçiriləcək iclasından sonra bəlli olacaq. Toplantıda qurumun yeni administrasiyasının faiz dərəcələri istiqamətində hansı addımları atacağı həlledici rol oynayacaq".

Dünyanın aparıcı şirkətlərinin proqnozlarına görə bu ayın son həftəsində keçiriləcək iclasda aylardır yumşaq pul kredit siyasəti reallaşdıran Türkiyə Mərkəzi Bankı faiz artımlarına gedəcək. Ümumi gözlənti bundan ibarətdir ki, qurum, ilk növbədə faiz dərəcəsini 25, ilin sonunadək isə 30 faizə qaldıracaq.

Jalə QASIMZADƏ,

"Respublika".