Yeni Azərbaycan Partiyasının nümayəndələri Xocalı soyqırımı abidəsini ziyarət ediblər
Sosial həyat

Yeni Azərbaycan Partiyasının nümayəndələri Xocalı soyqırımı abidəsini ziyarət ediblər

Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar fevralın 26-da Yeni Azərbaycan Partiyasının nümayəndələri faciə qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət ediblər.

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, partiya nümayəndələri Xocalı soyqırımı abidəsinin önünə gül dəstələri qoyub, bəşəriyyətə qarşı dəhşətli cinayət olan soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad ediblər.

Xaqani KOSAYEV,

“Respublika”.