Sosial həyat

"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində tədbir

2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsilə əlaqədar Naftalan şəhərində il ərzində həyata keçiriləcək Tədbirlər Planına uyğun olaraq "Təmiz ekoloji mühit - sağlam həyat" mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin, Goranboy-Naftalan üzrə təhsil sektorunun əməkdaşları, məktəblilər iştirak ediblər. Çıxış edənlər dünyanı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən, ekoloji mədəniyyətdən söhbət açaraq bu sahəyə diqqətin artırılması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsinin əhəmiyyətini iştirakçıların diqqətinə çatdırıblar.

Sonra şəhər icra hakimiyyəti tərəfindən hazırlanmış maarifləndirici tanıtım materialları iştirakçılara paylanılıb.

Zabit XƏLİLOV,

"Respublika".