Yaponiyadan nəhəng çip addımı
Maraqlı

Yaponiyadan nəhəng çip addımı

Yaponiya "Micron" firması tərəfindən qurulacaq çip fabriki üçün 192 milyard yen subsidiyasını təsdiqləyib.

"Respublika" xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat naziri Yasutoshi Nishimura verdiyi açıqlama verib. Nazir bildirib ki, belə çiplər məhsuldar süni intellekt, məlumat mərkəzləri və avtonom sürücülük texnologiyasını gücləndirmək üçün istifadə ediləcək. 

Bununla yanaşı, Nishimura sənayeyə istinad edərək deyib: "Bazar hazırda çətindir, lakin belə dövrlərə sərmayə qoymağımız çox vacibdir. Bu, Yaponiyanın gələcək iqtisadi təhlükəsizliyi üçün lazım olacaq ən müasir çiplərin tədarükünü təmin etməkdir".