Maraqlı

"Apple"ın yeni layihəsi

"Apple"ın növbəti layihəsi avtonom robot olan xidmətçi ola bilər.


"Respublika" xəbər verir ki, şəxsi robot texnologiyasına doğru addımları araşdıran qruplar artıq öz işlərinə başlayıblar.

Qeyd edək ki, ağıllı avtomobil layihəsi dayandırıldıqdan sonra Apple öz resurslarını yeni bir layihəyə yönəltmək istəyir. Layihə evdə mobil fərdi robot yaratmaq məqsədi daşıyır. "Apple" yeni gəlir mənbələri tapmaq üçün artan təzyiq altındadır. Fevral ayında elektrikli avtomobil layihəsininin ləğvindən sonra yeni layihə cəhdləri davam edir.