Yaponiyadakı “Toyota Motor” şirkətinə məxsus bütün zavodlar bağlanır
Dünya xəbərləri

Yaponiyadakı “Toyota Motor” şirkətinə məxsus bütün zavodlar bağlanır

“Toyota Motor” avtomobil şirkəti bu gün Yaponiyada işləməyə davam edən iki zavodunun da işini dayandıracaq.

"Respublika" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilib ki, söhbət Fukuoka prefekturasındakı və Kiotodakı müəssisələrdən gedir.

Qeyd edək ki, avqustun 29-da Yaponiyada nasazlıq səbəbindən “Toyota Motor” avtomobil şirkətinin 14 zavodundan 12-nin işi dayandırılıb. İnsidentin dəqiq səbəbləri göstərilməyib. Şirkətdən bildirilir ki, problem araşdırılır, lakin onun kiberhücum nəticəsində baş verməsi ehtimalı azdır.
Avtomobil şirkətinin zavodlarının işinin bərpa olunacağı vaxt məlum deyil.

Nəzrin ELDARQIZI,

"Respublika".