Xocavənd rayonunda baş verən partlayış hadisəsi ilə bağlı məlumat
Digər xəbərlər

Xocavənd rayonunda baş verən partlayış hadisəsi ilə bağlı məlumat

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən “Respublika” ya verilən məlumata görə, 2024-cü il 10 fevral tarixində Xocavənd rayonunun Çartaz kəndi ərazisində hərbi sursatın partlayışı hadisəsi baş verib.

Arıçılıq təsərrüfatı ilə məşğul olan 1996-cı il təvəllüdlü Ələsgərov Samir Füzuli oğlu arı yeşiklərini yığarkən yerdən tapdığı əl qumbarasının partladıcısına müdaxilə zamanı baş verən partlayış nəticəsində sağ əlindən xəsarət alıb. Zərərçəkən şəxsin sağ əlinin 3 barmağı amputasiya olunub.

ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, tanımadıqları əşyalara toxunmamağa, təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırır!

“Respublika”.