Xızı rayonunda polis əməkdaşları şəhid ailələrini ziyarət ediblər
Sosial həyat

Xızı rayonunda polis əməkdaşları şəhid ailələrini ziyarət ediblər

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları rayonda Vətən müharibəsi şəhidlərinin ailələrini Qurban bayramı münasibətilə ziyarət ediblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan bildirilir ki, polis əməkdaşları şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları verib, onları təbrik edib, problemləri ilə maraqlanıblar.

Görüşdə Silahlı Qüvvələrimizin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq, Qələbə əzmi barədə danışılıb, şəhidlərimizin əziz xatirəsi yad edilib.

Kömək edilən ailələr göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.