Vyanada
Digər xəbərlər

Vyanada "Humanitar minatəmizləmə - çağırışlar və innovativ həllər" adlı dəyirmi masa təşkil olunub

Aprelin 25- BMT-nin Vyana Bölməsində Beynəlxalq Mina Xəbərdarlığı Mina Aksiyasına Yardım Günü ilə əlaqədar beynəlxalq "Humanitar minatəmizləmə - çağırışlar innovativ həllər" adlı dəyirmi masa təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Avstriyadakı səfirliyi Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) təşkilatçılığı ilə keçirilən tədbirdə Avstriyada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, BMT-nin Vyana Bölməsindəki daimi nümayəndəliklərinin rəsmiləri diplomatlar, eləcə beynəlxalq qurumların nümayəndələri iştirak ediblər.

Dəyirmi masanın keçirilməsində məqsəd humanitar minatəmizləmə əməliyyatları, partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə, mina qurbanları, xüsusilə onların cəmiyyətə reabilitasiya reinteqrasiyası, davamlı sülh, təhlükəsizlik inkişaf üçün əhəmiyyəti, habelə bu istiqamətlərdə çağırışlar innovativ həllər üzrə mövzuların müzakirəsi olub.

Dəyirmi masada çıxış edən səfir Rövşən Sadıqbəyli 30 il ərzində Ermənistan işğalı altında olan ərazilərimizin Ermənistan tərəfindən məqsədli şəkildə mina partlamamış sursatlarla çirkləndirildiyini, bu xüsusda Azərbaycanın dünyada mina təhlükəsindən ən çox əziyyət çəkən ölkələrdən biri olduğunu vurğulayıb. Diplomat hazırda da davam edən mina təhlükəsinin doğma yurdlarında dayanıqlı təhlükəsiz məskunlaşmaq arzusunda olan insanlar, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən yenidənqurma işləri üçün təhdidlər yaratdığını bildirib. R.Sadıqbəyli humanitar minatəmizləmə fəaliyyətinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) hər biri ilə bu ya digər qaydada əlaqəli olduğunu, bu xüsusda Azərbaycan tərəfindən mövzu üzrə 18-ci DİM-in elan edildiyini bildirib.

ANAMA-nın İdarə Heyəti sədrinin müavini Samir Poladov Azərbaycan Respublikasının Azad edilmiş ərazilərin bərpa yenidənqurması üzrə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Katibliyinin rəhbərinin müavini Sultan Hacıyev ölkəmizin işğaldan azad edilmiş ərazilərdə kütləvi şəkildə minalanma, çirklənmənin miqyası, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarında dayanıqlı təhlükəsiz məskunlaşması məqsədilə hökumətin apardığı genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyəti, eləcə əlaqəli şəkildə icra olunan bərpa yenidənqurma işləri barədə geniş məlumat veriblər.

Bosniya Herseqovinanın Mina Təmizləmə Agentliyinin rəhbəri Saşa Orbadovic, UNDP-nin eksperti Essen Stainerç, Sloveniyanın İnsan Təhlükəsizliyinin Gücləndirilməsi təşkilatının rəhbəri Tomas Lovrencic, Böyük Britaniyanın MAG (Mines Advisory Group) qeyri-hökumət təşkilatının Şərqi Avropa üzrə regional idarəsinin direktoru Cesika Haylan Marşal İrsi İnstitutunun nümayəndəsi Elise Beker geniş təqdimatlarla çıxış edib minatəmizləmə fəaliyyəti istiqamətində keçirilən beynəlxalq tədbirlər, o cümlədən Azərbaycan ilə əməkdaşlıq ölkəmizdə keçirilən layihələr barədə danışıblar.

Tədbir çərçivəsində mina təhlükəsi ilə mübarizədə beynəlxalq səviyyədə səylərin öhdəliklərin birləşdirilməsi, təmizləmə fəaliyyətində mövcud innovativ inkişaflar, qazanılmış təcrübə, eləcə yeni nailiyyətlərin əldə edilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

 İnnovativ həllərin mina təhlükəsi ilə mübarizə istiqamətində effektivliyin artırılmasında, təsirə məruz qalan ərazilərdə davamlı sülhə, təhlükəsizliyə inkişafa töhfə verməkdə mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Tədbir çərçivəsində, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə minalarla çirklənməni, bu ərazilərdə həyata keçirilən minatəmizləmə fəaliyyətini mina qurbanlarını əks etdirən müvafiq fotolar videolar nümayiş etdirilib