Vətənə, xalqa xidmət nümunəsi
Sosial həyat

Vətənə, xalqa xidmət nümunəsi

Astara Heydər Əliyev Mərkəzində keçirilən növbəti tədbir müstəqil Azərbaycanın yaradıcısı, Türk xalqların dahi oğlu ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuşdu. “Ulu Öndər Heydər Əliyevin ömür yolu Vətənə və xalqa xidmət nümunəsidir” adlı tədbir keçirilib.

“Vətənə, xalqa həsr edilən ömür” filmin nümayişindən sonra çıxış edənlər ulu öndərin keçdiyi şərəfli həyat yolundan və fəaliyyətindən, onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən dahi şəxsiyyətin ideyaları və siyasi kursunun həyata keçirilməsi, ölkəmizin güclənməsi və daha da inkişaf etməsi istiqamətində görülən layihələrdən, Azərbaycan Ordusunun əldə etdiyi Böyük Qələbədən ətraflı söhbət açdılar.

Astara rayon Heydər Əliyev Mərkəzinin, rayon Dövlət Rəsm Qalereyasının dərnək üzvlərinin əl işlərindən ibarət sərgiyə baxışı oldu.

Zəfər ORUCOĞLU.