Vətən Müharibəsi Şəhidlərinin əziz xatirəsi yad olundu
Sosial həyat

Vətən Müharibəsi Şəhidlərinin əziz xatirəsi yad olundu

44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağımızın azadlığıyla nəticələndi. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. Çox böyük qürur hissi keçiririk ki, əzəli, qədim Azərbaycan torpaqlarına, Qarabağa qayıtdıq. Azərbaycanın tarixinə qızıl hərflər ilə yazılmış Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın otuz illik işğaldan azad olunması uğrunda canlarını qurban vermiş Nəsimi rayon şəhidlərinin əziz xatirəsi yad olunub. 22 iyun RİH-dən verilən məlumatda bildirilir.

Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları Şəhidlər Xiyabanını ziyarət edərək, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.

“Respublika”.