“Vestnik Kavkaza”: Ceyhun Bayramov Özbəkistana səfər edib
Siyasət

“Vestnik Kavkaza”: Ceyhun Bayramov Özbəkistana səfər edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistana işgüzar səfər edib.

“Vestnik Kavkaza” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

İşgüzar səfər çərçivəsində Ceyhun Bayramov Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov ilə görüşüb.

Görüş zamanı nazirlər Azərbaycan və Özbəkistan xalqları arasında etnik, tarixi, mədəni və dini köklərə əsaslanan iki ölkə arasındakı əlaqələrin yüksələn xətlə inkişafından məmnunluq ifadə edib, hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin daha da yüksək səviyyəyə qaldırılmasının vacibliyini vurğulayıblar.

Görüşdə iki ölkə arasında müntəzəm əsasda həyata keçirilən yüksək səviyyəli təmaslardan irəli gələn məsələlər, siyasi, sosial-iqtisadi, energetika, humanitar, təhsil, turizm, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Tacir SADIQOV,

“Respublika”.