Uzaqgörən və düşünülmüş siyasət xalqı zamanın bu sərt sınağından da çıxara bildi
Siyasət

Uzaqgörən və düşünülmüş siyasət xalqı zamanın bu sərt sınağından da çıxara bildi

1995-ci il mart ayının 15- ulu öndər Heydər Əliyev milli televiziya radio ilə xalqa müraciət etmişdir

Azərbaycan dövlətinin, dövlətçiliyinin 30 ildən artıq bir dövrü ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ömrünü xalqına, millətinə həsr edən, onun tərəqqisi yolunda bütün maneələri dəf etməyə qadir olan ulu öndər geniş dünyagörüşü, müdrik siyasəti ilə respublikamızın ən çətin dönəmlərində, taleyüklü məsələlərin həllində xalqının mənafeyini qorumuş, onun müqəddəratını düşünmüşdü. Canından artıq sevdiyi doğma vətəninə rəhbərliyi dövründə fəaliyyətini yalnız dövlətin, dövlətçiliyin möhkəmlənməsinə, müstəqilliyinin qorunub saxlanmasına yönəldən dahi rəhbər 1969-cu ildən etibarən Azərbaycanın həyatında ictimai-siyasi proseslərin müsbətə doğru irəliləməsi, ölkə iqtisadiyyatının inkişafına nail olunması istiqamətində saysız-hesabsız məqsədyönlü işlər həyata keçirmişdir. Mədəniyyətin yüksəlişində, mənəvi dəyərlərin dirçəlişində, milli özünüdərkin güclənməsində mühüm addımlar atılmışdır. Mədəni-mənəvi intibahı iqtisadiyyatda əldə olunan uğurlarla əlaqələndirən Heydər Əliyev 1969-1982-ci illərdə ölkə həyatının bütün sahələrində köklü dəyişikliklərin aparılmasına nail olmuşdur.

Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması dünya birliyinə inteqrasiyasının təməli 1993- ildə ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi ilə qoyulmuşdur. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra siyasi hakimiyyətsizlik nəticəsində ölkədə anarxiya, hərc-mərclik hökm sürür, xarici təzyiqlər, daxili çəkişmələr xalqı uçuruma sürükləyirdi. Xalqımız 1993- ilin iyununda vətəndaş qarşıdurması ilə üz-üzə qalmış, bəzi qüvvələr tərəfindən qardaş qırğını planı hazırlanmışdır. Azərbaycan müstəqilliyini 1991-ci ildə bərpa etsə , o dövrdə hakimiyyət sükanı arxasında dayanan siyasi qüvvələrin səriştəsizliyi ucbatından müstəqilliyi möhkəmləndirmək, dövlətin dayaqlarını gücləndirmək mümkün olmamışdı. Bir tərəfdən daxildə hakimiyyət davası aparanlar, digər tərəfdən isə mənfur ermənilərin ərazi bütövlüyümüzü pozması, torpaqlarımızın işğalı respublikada vəziyyəti ağırlaşdırmışdı. Heydər Əliyev qətiyyəti, siyasi iradəsi ilə Azərbaycan dövlətçiliyini ağır faciələrdən xilas etdi. Çıxılmaz vəziyyətə düşən xalq öz nicatını dahi oğlu Heydər Əliyevdə tapdı, taleyini ona etibar etdi. Xalqın təkidi ilə hakimiyyətə qayıdan ümummilli lider siyasi təcrübəsi, uzaqgörənliyi sarsılmaz iradəsi sayəsində ölkəni vətəndaş müharibəsi təhlükəsindən ictimai-siyasi pərakəndəlikdən qurtardı, xalqı vahid məfkurə ətrafında birləşdirdi.

Azərbaycanın yeni tarixi ölkədə vətəndaş müharibəsinə son qoyulduqdan silahlı qüvvələr tərk-silah edildikdən sonra - 1993- ildən başlayır. O illərdən etibarən ümummilli lider Heydər Əliyevin siyasi iradəsi ilə ölkədə özbaşınalığın, qarşıdurmanın, hərc-mərcliyin qarşısı alınmışdı. Bunu gözü götürməyən xəyanətkar qüvvələr antidövlət kampaniyasına qoşulur, ölkə daxilində təxribatlar törədirdilər. Belə ki, 1994-1995-ci illərdə bütün respublika ərazisində baş verən hadisələr daha təhlükəli xarakter almışdı. Bir vaxtlar ərazi bütövlüyümüz uğrunda Qarabağda qəhrəmanlıqlar göstərən, erməni yaraqlılarının canına vəlvələ salan, torpaq, vətən naminə canlarından keçən Daxili İşlər Nazirliyinin tabeliyində yaradılmış Xüsusi Təyinatlı Polis Dəstələrinin üzvləri cinayətkar dəstəyə çevrilmişdi. 1995-ci il mart ayının 15- ulu öndər Heydər Əliyev milli televiziya radio ilə xalqa müraciət etdi. Dövlətçiliyimizin müstəqilliyimizin əleyhinə yönəlmiş bu qəsdin mahiyyətini açdı. Təsir altına düşmüş adamları düzgün yola çağırdı. Onların təhlükəsizliyinə təminat veriləcəyini vəd etdi: "Həmin bu Xüsusi Təyinatlı Polis Dəstəsi 90- ildə, hələ Sovet hakimiyyəti dövründə yaranıb. Ancaq bunun fərqi yoxdur: o, Azərbaycanın erməni təcavüzündən qorunması üçün yaradılıb. Bəli, çox sağlam əsasda yaranıb. Ancaq onu yaradanlar Rövşən Cavadov deyil, başqaları olub. O dəstələr vuruşublar, döyüşüblər, fəaliyyət göstəriblər, şəhid veriblər. Bunlar hamısı xalqın tarixində əks olunub. Mən o şəhidlərin ruhu qarşısında bu gün baş əyirəm".

Həmin dövrdə Rövşən Cavadovun rəhbərliyi ilə xüsusi təyinatlı polis dəstəsinin üzvləri müstəqil Azərbaycanın qanunlarına tabe olmaq istəmir, soyğunçuluq, quldurluq əməllərini davam etdirir, yenicə müstəqillik yoluna qədəm qoymuş dövləti zorla, silah gücünə devirməyə, hakimiyyəti ələ keçirməyə cəhd göstərirdilər. Xaricdən dəstəklənən dairələr, ölkədə iqtidara düşmən kəsilən müxalifət qüvvələri bu silahlı dəstənin ətrafında cəmləşmişdilər.

1995-ci il martın 12-dən 13- keçən gecə Rövşən Cavadovun rəhbərlik etdiyi XTPD onun ətrafında olan silahlı qüvvələr tərəfindən Qazax Ağstafa rayonlarında dövlət çevrilişinə cəhd göstərilmiş, rayonda dövlət hakimiyyət orqanlarına hücum olunmuşdur. Silahlı qüvvələr bütün polis işçilərini tərk-silah etmiş, dövlətin silahları ayrı-ayrı təxribatçıların əlinə keçmişdi. Rövşən Cavadovun rəhbərliyi ilə Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvlərinin 1995-ci ilin martında həyata keçirdikləri dövlət çevrilişi cəhdləri digər rayonları da əhatə etməli Bakıda da bu çevriliş başlanmalı idi.

Ümummilli lider Heydər Əliyev martın 15- milli televiziya ilə Azərbaycan vətəndaşlarına müraciətində demişdir: "Müstəqilliyimizə qarşı olan təzyiqlər təkcə ayrı-ayrı dairələrin təzyiqi deyil. Təəssüf ki, Azərbaycanın öz içərisindən çıxan adamların, vəzifə hərislərinin müstəqilliyimizə zərbə vurmaq cəhdlərinin şahidisiniz. ...Bütün bu mühafizəkar qüvvələr, Azərbaycanın müstəqilliyinə təcavüz etmək əzmində olan qüvvələr birləşirlər. Çünki görürlər ki, Azərbaycan artıq dördüncü ildir müstəqil dövlət kimi yaşayır, bütün bu təzyiqlərə sinə gərir möhkəm dayanmışdır".

Həmin günün səhəri ulu öndər Heydər Əliyev DİN-in keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin bazasında yerləşən sabiq əməkdaşlar haqqında fərman imzaladı. Bu sənəddə ölkə başçısı humanizm prinsiplərini rəhbər tutaraq silah sursatını könüllü təhvil verən əməkdaşların cinayət məsuliyyətinə cəlb olunmamasını onlar haqqında qanunvericiliklə nəzərdə tutulan digər tədbirlərin tətbiq edilməməsini qərara almışdı. Ulu öndərin bu addımına məhəl qoymayan dəstənin üzvləri Rövşən Cavadovun göstərişi ilə öz millətinə silah tuşlamaqdan belə çəkinmədilər. Mart ayının 17- həm respublikadakı havadarlarının təsiri altında, həm xaricdə olan ayrı-ayrı dairələrin, qüvvələrin - ölkəmizə qarşı təxribatçılıq hərəkətləri aparmaq istəyən şəxslərin göstərişi, məlumatları əsasında Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa çalışanların niyyəti baş tutmadı. Təxribatçılar, Azərbaycan dövlətçiliyini dağıtmaq istəyən qüvvələr məhv edildi. Respublikada dövlət çevrilişinə cəhd edən, dövlətçiliyimizə zərbə vurmaq istəyən dəstə dağıdıldı.

Bütün fəaliyyəti boyu xalqının tale yükünü çiyinlərində daşımış, onun müstəqilliyə, azadlığa qovuşması uğrunda fədakarlıqla mübarizə aparmış, doğma Azərbaycanının müstəqil dövlət kimi dünyada tanınmasında əvəzsiz xidmətlər göstərmiş ulu öndər Heydər Əliyev uzaqgörən düşünülmüş siyasəti ilə xalqını zamanın bu sərt sınağından da çıxara bildi.

Mehparə ƏLİYEVA,

"Respublika".