Ümummilli Liderin təşəbbüsü ilə həyata keçirilən layihələr bu gün də öz bəhrəsini verməkdədir
Siyasət

Ümummilli Liderin təşəbbüsü ilə həyata keçirilən layihələr bu gün də öz bəhrəsini verməkdədir

Mayın 17- Milli Məclisin sədri Sahibə Qafarova parlamentin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirak etmək üçün Azərbaycanda səfərdə olan Belarus Milli Məclisinin Respublika Şurasının sədr müavini Valeri Belski Nümayəndələr Palatasının sədr müavini Valeri Mitskeviç ilə görüşüb.

Milli Məclisin Mətbuat ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə qonaqlar dünyamiqyaslı siyasi xadim Heydər Əliyevin əziz xatirəsinin Belarusda da böyük ehtiramla anıldığını qeyd ediblər.

Söhbət zamanı Ulu Öndər Heydər Əliyevin mənalı həyat yolu, zəngin dövlətçilik təcrübəsi barədə danışılıb, onun Azərbaycanın müstəqilliyinin qorunması inkişaf etdirilməsi sahəsində gördüyü işlər xüsusi vurğulanıb.

Bildirilib ki, Ulu Öndər həm keçmiş sovetlər dövründə, həm müstəqillik illərində Azərbaycana böyük uğurla rəhbərlik edib. Azərbaycan xalqı onun müstəqilliyini əbədi dönməz edən böyük oğlunun xatirəsini həmişə ehtiramla anır. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən regional beynəlxalq layihələr bu gün öz bəhrəsini verməkdədir. Ulu Öndərin müəyyənləşdirdiyi yol bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadi qüdrətinin gücləndirilməsi ölkəmizin beynəlxalq nüfuzunun artması istiqamətində mühüm addımlar atılır.

Söhbət zamanı ölkələrimizin parlamentlərarası əməkdaşlığının daha da genişləndirilməsinin vacibliyi qeyd olunub, bu baxımdan parlament dostluq qruplarının əhəmiyyəti xüsusi vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.