Ulu Öndərin xatirəsi dərin hörmətlə anılıb
Digər xəbərlər

Ulu Öndərin xatirəsi dərin hörmətlə anılıb

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Quba Rayon Məhkəməsinin hakimləri, məhkəmə aparatının, rayon İcra və probasiya şöbəsinin əməkdaşları Quba şəhərində Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Bu barədə Nazirliyin 5 may 2023-cü il tarixində yaydığı məlumatda bildirilir.

Əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyularaq əziz xatirəsi dərin ehtiramla yad edilib, sonra mərkəzlə tanışlıq olub. Mərkəzdə ziyarətçilər ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə, o cümlədən Quba şəhərinə səfərlərinə həsr olunmuş stend və ekspozisiyalara baxmış, onlara Ulu Öndərin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında misilsiz xidmətləri barədə geniş məlumat verilib.

Qeyd olunub ki, müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət və millətimizin qürur mənbəyi olan Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır.

“Respublika”.