“Təmiz ölkəm” aksiyası
Digər xəbərlər

“Təmiz ölkəm” aksiyası

Hacıqabul öz ərazisinin genişliyi etibarı ilə respublikamızın iri rayonlarından hesab olunur.Bakı-Tbilisi magistralı üzərində yerləşən rayonun ərazisindən hər gün yüzlərlə müsafir keçir.

“Respublika” xəbər verir ki, magistral ətrafındakı təmizlik,səliqə-səhman diqqət çəkən vacib şərtdir.

Rayonda bu mühün işin müsbət həlli istiqaətində tədbirlərə start verilmişdir. Bu günlərdə Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində ümumrespublika təmizlik aksiyaları çərçivəsində rayondakı könüllülərin iştirakı ilə “Təmiz ölkəm” adlı təmizlik aksiyası keçirilmişdir.

Tədbirdə Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev, rayon İcra Hakimiyyəti başçısının müavinləri Saleh Ələskərov, Nurbala Mirzəyev və aparatın məsul işçiləri, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri və nümayəndələri, Nazirliyin regional bölmələrinin əməkdaşları, Hacıqabul rayonu üzrə Gənclər və İdman sektorunun müdiri, Hacıqabul rayon Mənzil Kommunal Müəssisələri idarələrinin əməkdaşları və rayon könüllüləri iştirak etdilər.

Keçirilən aksiya çərçivəsində Atbulaq kəndi ərazisində avtomobil yolunun kənarında yaşıllıq ərazidə 5 tona qədər müxtəlif növ tullantı yığılaraq daşındı.Növbəti aksiya rayonun Navahı,Qarasu,Padar kəndləri,Muğan qəsəbəsi ərazisində keçiriləcəkdir.

Tofiq Hüseyn,                                    

“Respublika”