Ulu Öndərin Azərbaycanda təbabətin və tibb təhsilinin inkişafındakı müstəsna rolu
Siyasət

Ulu Öndərin Azərbaycanda təbabətin və tibb təhsilinin inkişafındakı müstəsna rolu

İnsan sağlamlığının mühafizəsi, xəstəliklərin profilaktikası müalicəsi həkimlərin qarşısında bir vəzifə olaraq durur. İnsanı qorumaq, xəstəliklərlə mücadilə etmək yalnız ən yüksək mənəvi dəyərlərə malik insanlara məxsusdur. Birmənalı şəkildə demək olar ki, Azərbaycan həkimləri məhz bu keyfiyyətlərə malikdir. Bu işdə onlara göstərilən dövlət qayğısı da, verilən dəyər az rol oynamır.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev həyatın bütün sahələrinin - elmin, hərbin, sənaye iqtisadiyyatın, səhiyyənin, incəsənətin, idmanın həqiqi hamisi idi. Əslində, ulu öndər öz dahiyanə uzaqgörənliyi ilə respublikamıza rəhbərliyinin ilk illərindən - 1969-cu ildən köhnəliyə qarşı mübarizə apardı, öz dühası, tükənməz enerjisi ilə ən qısa müddətdə rəhbərlik etdiyi respublikanı nəinki ittifaqda, eləcə dünya səviyyəsində ön sıralara çıxardı.

Bununla belə, səhiyyənin yenidən qurulmasına da ehtiyac var idi. Keçən əsrin 60- illərinin sonunda Azərbaycan əhalisinin zəhmətsevərliyinə baxmayaraq, ittifaq rəhbərlərinin səhvləri, yanlış qərarları, ölkəmizə əsasən xammal bazası kimi baxması ucbatından ləng inkişaf edirdi. Bir çox sahələr, ümumiyyətlə, fəaliyyət göstərmirdi. Maddi rifahın qəzet radiolarda şişirdilməsinə baxmayaraq, çox aşağı səviyyədə olması göz qabağında idi. Səhiyyə bərbad vəziyyətə düşmüşdü. Ən acınacaqlısı isə o idi ki, uşaq ölümü artır, müasir texniki avadanlıqlarla təchiz olunmuş xəstəxana poliklinikalar tikilmir, fəaliyyət göstərənləri tənəzzülə uğrayırdı. Ümummilli lider Heydər Əliyevin böyüklüyü, vətəninə, xalqına sonsuz məhəbbəti burada da özünü göstərdi. İqtisadiyyatın, elmin, bir sözlə, müasir sivil insanın fəaliyyət göstərdiyi bütün sahələrin tərəqqisinin səhiyyənin, təbabətin inkişafı olmadan mümkünsüzlüyünü Heydər Əliyev bütün tribunalardan bəyan etdi, xalqa ümid verdi ki, onun qayğısını çəkən, arxasında duran nəhəng bir siyasətçi, əsl dövlət başçısı vardır. Həkimlər, alimlər, səhiyyə işçiləri anladılar ki, onların problemləri tezliklə öz həllini tapacaq əzmlə, fədakarlıqla respublikanı bürümüş - vərəm, malyariya, poliomielit kimi xəstəliklərin, peşə patologiyalarının aradan qaldırılması uğrunda çalışmağa başladılar.

1969-cu ilin dekabrında Ali Sovetin VII sessiyasında "Sağlamlıq Məcəlləsi" adlı sənəd qəbul edildi. Bütün bunlar ulu öndərin səhiyyə işçilərinə olan sevgisindən, onların fəaliyyətini yüksək qiymətləndirməsindən irəli gəlirdi. O deyirdi: "Mən həmişə tibb işçilərinə xüsusi hörmət etdiyimi, insanların sağlamlığını qoruyan, onları xəstəliklərdən xilas edən, ömrünü uzadan həkimlərin xüsusi hörmətə layiq olduğunu bildirmişəm".

Heydər Əliyev öz yüksək mənəvi dəyərləri sayəsində Azərbaycan səhiyyəsində həqiqi humanizm insansevərlik mühitinin yaranmasına nail oldu. Ulu Tanrı onun taleyinə, alim-həkim bir xanımla ömür-gün yoldaşı olmağı yazmışdı. Xalqımızın fədakar qızı, görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyeva həkim idi, həkim ailəsində böyümüş, Əziz Əliyev kimi bütün həyatını Vətəninə sədaqətlə xidmətə həsr etmiş dövlət xadiminin böyük səhiyyə təşkilatçısının fikirlərini, ideyalarını reallaşdırmaq üçün təbabəti, həkimliyi peşə seçmişdi.

Səhiyyənin problemlərinin həlli, yeni müasir təbabətin Azərbaycanda inkişafı ulu öndəri onun sadiq dostu, ömür-gün yoldaşını da dərindən düşündürürdü. Ümummilli lider hələ Sovetlər dönəmindən, SSRİ-nin qapalı bir dövlət olduğu dövrdən, qadağalara baxmayaraq, onlara mətinliklə sinə gərərək bəyan edirdi ki, səhiyyə sistemini inkişaf etdirmək üçün mütləq dünya təcrübəsindən istifadə olunmalı, qabaqcıl elmi təcrübi sahələrə inteqrasiya edilməlidir. Qısa müddət ərzində bu sahədə inamlı addımlar atıldı. 1970-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının regionlararası seminarının Bakıda keçirilməsi gələcək böyük tədbirlərdən, Azərbaycanın evsahibliyi edəcəyi tibbi forumlardan xəbər verirdi. Dünya Azərbaycanı tibbi mərkəzlərdən biri kimi tanımağa başladı.

Səhiyyə ocaqlarının tikintisi geniş miqyası ilə insanları heyrətləndirirdi. Respublika Kliniki Uroloji Xəstəxana, neyrocərrahiyyə, toksikologiya yanıq mərkəzləri yüksək səviyyədə inşa olundu. Eləcə Elmi-Tədqiqat Oftalmologiya Elmi-Tədqiqat Onkologiya institutları üçün binaların tikintisinə başlanıldı. Ulu öndər həm ən müasir klinikaların inşa onların yeni avadanlıqlarla təchiz edilməsində, həm bu klinikaların yüksək səviyyəli həkimlərlə təmin olunmasında maraqlı idi. Azərbaycanın yeganə ali tibb təhsil müəssisəsi olan Azərbaycan Dövlət Tibb İnstitutuna qayğı ilə yanaşan ulu öndər Heydər Əliyev gərgin qrafikinə rəğmən hər zaman bu ali məktəb üçün vaxt tapırdı. Axı, gələcəyin peşəkar həkimləri burada yetişirdi. Ulu öndərin ittifaq səviyyəsində nüfuzu sayəsində istedadlı gənclər iri səhiyyə mərkəzlərində, Moskva, Leninqrad şəhərlərindəki ali tibb ocaqlarında bilik bacarıqlarını mükəmməlləşdirir, elmi dərəcə adlarla vətənə geri dönürdülər. Ulu öndər demişdir: "Azərbaycanda tibbi ali təhsilin yaranması inkişaf etməsi tarixi bir hadisədir. Biz onu yüksək qiymətləndirməliyik".

Heydər Əliyev Azərbaycanın səfalı yerlərinin müalicəvi əhəmiyyətinin dünya səviyyəsində tanınması, burada müvafiq infrastrukturun yaradılması yolunda ardıcıl surətdə çalışaraq 1970-ci illərdə Abşeron yarımadasının, Naftalan İstisu kurortlarının ümumittifaq əhəmiyyətli kurortlar siyahısına daxil edilməsinə nail oldu.

Bu illərdə Bakıda təbabətin istər fundamental, istərsə klinik sahələri üzrə ittifaq dünya miqyaslı qurultay konfransların keçirilməsi ənənəvi hal almışdı, amma hər bir elmi forum əsl hadisəyə çevrilir, müzakirələr aparılır, yığıncaqların materialları çap olunaraq geniş ölkənin hər bir guşəsinə çatdırılırdı.

Heydər Əliyevin sayəsində Azərbaycan tibb elminin elitası formalaşdı bu alimlər ulu öndərin tövsiyələrini, öz vəzifə borclarını ləyaqətlə yerinə yetirərək gənc həkimlərin yeni-yeni nəsillərinin ərsəyə gəlməsi üçün əməklərini əsirgəmədilər. Bu ənənə indi uğurla davam edir, Azərbaycan Tibb Universitetinin səhiyyəmizin tarixində ilk dəfə olaraq beynəlxalq akkreditasiyadan keçməsi, dünya səviyyəsində öz mövqeyini inamla irəli sürməsi ulu öndər Heydər Əliyev arzularının reallaşması idi. Bu, nəinki Azərbaycan səhiyyəsi təbabətinin, eləcə ümumən Azərbaycan elm təhsilinin qələbəsi olmaqla, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin dahiyanə strateji məqsədyönlü fəaliyyətindən, dünya arenasında qazandığı tarixi qələbələrdən ruhlanmış Azərbaycan Tibb Universitetinin professor-müəllim heyətinin, tələbələrin tarixi Zəfərimizə payıdır! 44 günlük Vətən müharibəsində möcüzələr edən həkimlərimiz, tibbi personal fədakarlıqlarını, yüksək peşəkarlıqlarını nümayiş etdirdilər, yüzlərlə, minlərlə igidlərimizi xilas edərək öz vəzifə borclarının öhdəsindən layiqincə gəldilər.

Ulu öndər nəinki Azərbaycanın, eləcə ümumən bütün SSRİ-nin səhiyyə sisteminin inkişafında əvəzsiz xidmətlər göstərmişdir. 1982-ci ildən sovetlər birliyinin rəhbər vəzifələrindən birində fəaliyyətini davam etdirən ümummilli liderə bir çox sahələr kimi səhiyyə sahəsi həvalə olunmuşdu. Onun qısa müddət ərzində Azərbaycanda gördüyü işlər, əldə etdiyi qələbələr göz önündə idi. Məhz buna görə 1984- ildə SSRİ Tibb Elmləri Akademiyasının yaranmasının 40 illiyi ilə əlaqədar tədbirdə ulu öndər geniş nitqlə çıxış edərək səhiyyə təbabətin o dövrkü vəziyyətini gələcək inkişaf perspektivlərini, tibb alimlərinin dünya elminə töhfəsini səciyyələndirmişdi. Təbii ki, Heydər Əliyevin Sovetlər birliyində artan nüfuzu o zamankı ittifaq rəhbərliyində paxıllıq yaratmağa başladı, bununla da ona qarşı əyri yollarla dırnaqarası mübarizəyə başlanıldı. Ümummilli lider uydurma "yenidənqurma", "aşkarlıq" aşiqlərinin sifətlərini gözəl tanıdığından onların xəyanətkarlığını üzlərinə çırparaq istefa verdikdən sonra da Azərbaycan, Azərbaycan xalqının rifahı inkişafı barədə düşünməkdə idi. Onun qəlbi hər zaman Azərbaycanla döyünürdü. Müstəqil Azərbaycanın qurucusu əvvəlcə Qanlı Yanvar hadisələri ilə əlaqədar ittifaq rəhbərliyini ifşa etdi, dünya siyasətinin liderlərindən biri olan Heydər Əliyevin qəzəbli nitqini hamı eşitdi, Azərbaycan həqiqətləri bu cür fədakarlıqla dünyaya çatdırıldı. Ulu öndər Azərbaycanda cəbhəçi avantüristlərin ölkə torpaqlarını satmaq hesabına hakimiyyətdə qalması cəhdlərinin, vətəndaş müharibəsinin, Azərbaycanın parçalanmasının qarşısını alaraq xalqının təkidi ilə yenidən, bu dəfə artıq Müstəqil Azərbaycanın rəhbəri oldu. Azərbaycanın əbədi səadəti, rifahı inkişafı bu zamandan başladı.

Ümummilli liderin sayəsində bu illərdə BMT-nin Uşaq Fondu ilə Azərbaycan arasında Əməkdaşlıq Proqramı imzalandı. Ulu öndər müstəqilliyimizin ilk illərində "Səhiyyə sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması barədə" Sərəncam verdi. Tam əminliklə demək olar ki, bu dahi insanın, liderlik keyfiyyətlərinin əbədi təcəssümü olan, dünya siyasətinin zirvəsini həmişəlik fəth etmiş şəxsiyyətin diqqət yetirmədiyi bir sahə yoxdur. Azərbaycan səhiyyəsi, təbabəti tibb elmi öz inkişafını məhz ümummilli liderin tarixi qərarlarından bu qərarların ardıcıl icrasından götürmüşdür.

Müasir Azərbaycanımızın bu gün bütün iqtisadi sosial sahələrdə sürətlə inkişaf etməsi, dövlətimizə dünya arenasında olan hörmət ehtiram qüdrətimizn artmasının göstəricisidr. Ulu öndər ideyalarının həmişəyaşarlığı, onların əbədi təcəssümü bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində özünü göstərir. Azərbaycan səhiyyəsi, tibb elmi məhz ümummilli liderimizin arzuladığı yollarla irəliləyir. Bu irəliləyiş yolu çətin olsa, şərəfli yoldur, çünki ən humanist peşə sahibi olan həkimlərimiz üçün ulu öndərin Azərbaycan Tibb Universitetinin yeni tədris binasının açılışında dediyi sözlər həyat leytmotivinə çevrilmişdir: "Həkim üçün hər bir keyfiyyət lazımdır. Amma ən əsas keyfiyyət yüksək mənəviyyatdır. Mən sizə arzu edirəm ki, hər biriniz öz peşənizlə bərabər, yüksək mənəviyyata malik olasınız".

Gəray GƏRAYBƏYLİ,

Tibb Universitetinin rektoru,

professor.