Ukrayna və Moldovanın xəbər portalları AZƏRTAC-ın Qarabağ Zəfərinə dair analitik məqaləsini dərc edib
Digər xəbərlər

Ukrayna və Moldovanın xəbər portalları AZƏRTAC-ın Qarabağ Zəfərinə dair analitik məqaləsini dərc edib

Ukrayna və Moldovanın xəbər portalları Azərbaycanın 44 günlük Vətən müharibəsinə qazandığı şanlı Zəfərin ikinci ildönümü ilə bağlı AZƏRTAC-ın İdarə Heyətinin sədri, OANA-nın vitse-prezidenti Aslan Aslanovun "Azərbaycanı Zəfərdən-Zəfərə aparan yollar" sərlövhəli məqaləsini yayımlayıb.

AZƏRTAC xəbər verir ki, Ukraynanın "Newformat" informasiya portalı və Moldovanın "RUPOR" nəşri analitik məqalənin tam mətnini dərc ediblər.

Xatırladaq ki, məqalədə Azərbaycanın ədalətli müharibəsindən, 30 il işğal altında qalan torpaqlarını 44 gündə siyasi-hərbi yolla azad etməsindən, qarşıya qoyduğu hədəfə əzmlə nail olmasından, Qələbəni şərtləndirən mühüm amillərdən bəhs edilib. Qarabağ Zəfərinin Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərb meydanında, informasiya cəbhəsində və diplomatiya müstəvisində apardığı qətiyyətli mübarizənin, güclü iqtisadiyyat-güclü ordu konsepsiyasının, xalqın öz lideri ətrafında sıx birləşməsinin nəticəsi olduğunu diqqətə çatdıran müəllif, həmçinin bu kontekstdə mülahizə və düşüncələrini bölüşüb.

AZƏRTAC