Ukrayna Krım körpüsünü vurmağa cəhd edib 
Dünya xəbərləri

Ukrayna Krım körpüsünü vurmağa cəhd edib 

Ukrayna Krım körpüsünü vurmağa cəhd edib. 

“Respublika” xəbər verir ki, bu barədə Rusiya Hava Kosmik Qüvvələrinin Baş Qərargah rəisi Viktor Afzalov məlumat yayıb

Viktor Afzalov, həmçinin Rusiya hava hücumundan müdafiə və radioelektron mübarizə sistemlərinin vasitələri ilə "S-200" raketlərinin zərərsizləşdirildiyini açıqlayıb. 

O, qeyd edib ki, Ukraynanın iyulun 9-da Rusiya Federasiyası ərazisinə atdığı "S-200" raketlərindən biri Krım körpüsünə, ikincisi isə Rostov vilayətindəki hərbi aerodroma istiqamətlənib. 

Xatırladaq ki, Krım körpüsü ötən ilin oktyabrın 8-də partladılıb. Bir müddət əvvəl isə rəsmi Kiyev bu partlayışın Ukrayna tərəfindən Rusiya logistikasını pozmaq üçün törədildiyini etiraf edib. 

Nəzrin ELDARQIZI, 

“Respublika”.