Peskov: Ukraynanın NATO-ya üzvlüyünün çox mənfi nəticələri olacaq
Dünya xəbərləri

Peskov: Ukraynanın NATO-ya üzvlüyünün çox mənfi nəticələri olacaq

Ukraynanın NATO-ya daxil olmasının Avropanın təhlükəsizlik arxitekturası üçün çox mənfi nəticələri olacaq.

“Respublika” xəbər verir ki, bu bəyanatla Kremlin sözçüsü Dmitri Peskov çıxış edib.

"Rusiya Federasiyasının tamamilə başa düşülən və ardıcıl mövqeyini bilirsiniz. Bu mövqe ondan ibarətdir ki, Ukraynanın NATO-ya üzvlüyü Avropanın bütün onsuz da bərbad vəziyyətdə olan təhlükəsizlik arxitekturası üçün çox və çox mənfi nəticələrə səbəb olacaq. Beləliklə, ölkəmiz üçün mütləq təhlükə, təhdid yaranacaq", deyə Peskov vurğulayıb.

Kreml rəsmisi əlavə edib ki, Kiyev Ukraynanın alyansa qəbul edilməsi məsələsində bütün NATO ölkələrinə təzyiq göstərməyə çalışır.