Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Jitomir vilayəti üzrə nümayəndəliyinin rəhbəri Rac Qasımovdan
Məktublar

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Jitomir vilayəti üzrə nümayəndəliyinin rəhbəri Rac Qasımovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Ukraynanın Jitomir şəhərində yaşayan bütün azərbaycanlılar adından Sizi yubileyiniz münasibətilə təbrik edirik.

Qürur duyuruq ki, qüdrətli Azərbaycanın Sizin kimi Prezidenti var. Siz istedadlı və uzaqgörən lider olaraq Azərbaycanın adını zirvələrə qaldırmısınız. Biz xaricdə Sizin fədakar və əzmkar işinizdən ilhamlanaraq böyük ruh yüksəkliyi ilə fəaliyyət göstərir, ölkəmizi layiqincə təbliğ və təmsil etmək üçün səylərimizi əsirgəmirik.

Möhtərəm Prezident, Sizə cansağlığı, xoşbəxtlik, Azərbaycanın inkişafı və rifahı naminə fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirik.

Biz Azərbaycanımızla və Prezidentimizlə fəxr edirik.

Hörmətlə, 

Rac Qasımov

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun

Jitomir vilayəti üzrə nümayəndəliyinin rəhbəri