UEFA Avropa Liqası: “Qarabağ” bu gün “Bayer”lə qarşılaşacaq
İdman

UEFA Avropa Liqası: “Qarabağ” bu gün “Bayer”lə qarşılaşacaq

UEFA Avropa Liqasında mübarizə aparan “Qarabağ” turnirin qrup mərhələsində bu gün növbəti oyununu keçirəcək.

"Respublika" xəbər verir ki, Ağdam təmsilçisi səfərdə Almaniyanın “Bayer” klubu ilə qarşılaşacaq.

Bakı vaxtı ilə saat 23:00-da start götürəcək qarşılaşma “Bay Arena”da təşkil olunacaq.

Görüşü Rumıniyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Horatiu Feşniç olacaq.