TÜRKPA nümayəndəsi: Seçki prosesinin çox yüksək səviyyədə təşkil olunduğunu müşahidə etdik
Siyasət

TÜRKPA nümayəndəsi: Seçki prosesinin çox yüksək səviyyədə təşkil olunduğunu müşahidə etdik

Fevralın 8-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) müşahidə missiyası növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı mətbuat konfransı təşkil edib.

AZƏRTAC xəbər verir ki, TÜRKPA-nın nümayəndə heyətinin rəhbəri, millət vəkili Osman Mesten seçki prosesinin beynəlxalq standartlara cavab verən Azərbaycanın qanunvericiliyinin tələblərinə uyğun olaraq aparıldığını bildirib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə seçki prosesinin həyata keçirilməsi həm Azərbaycan, həm də Türkiyə üçün mühüm və əlamətdar hadisədir.

"Müşahidə etdik ki, seçki prosesi çox yüksək səviyyədə təşkil olunub. Bütün məntəqələrdə fiziki məhdudiyyətli və gözdən əlil insanlar üçün əlverişli şərait yaradılmışdı. Həmçinin məntəqəyə gələ bilməyənlər üçün evlərə seçki qutuları aparılıb", - deyə millət vəkili qeyd edib.