Türkiyədə yanğın baş verib
Dünya xəbərləri

Türkiyədə yanğın baş verib

Ötən gün saat 23.00 radələrində Türkiyədənın Bursa şəhəində meşə yanğını baş verib. 

"Respublika" xəbər verir ki, küləyin təsiri ilə qısa müddətdə böyüyən yanğını görən məhəllə sakinləri yanğınsöndürənlərə məlumat veriblər.

Ekipajlar yanğını nəzarət altına almaq üçün  təxminən 3 saat çalışdıqdan sonra, söndürə biliblər. Sakinlərin ifadələrinə görə, alov artmağa başlayanda bir nəfərin meşədən çıxdığı görülüb. 

Ərazidə araşdırma aparan qruplar Əli Önər adlı şübhəli şəxsi ərazidən qaçmağa çalışarkən tutublar. Nəzarətə alınan Ali Önərin daha əvvəl də öz evini yandırmağa cəhd etdiyi öyrənilib. Polis tərəfindən saxlanılan və narkotik aludəçisi olduğu bildirilən Ali Önər ifadəsində bildirib: "Sıxıldığım üçün meşəni yandırdım". 

Şübhəli şəxs "meşələri qəsdən yandırmaq" və "ümumi təhlükəsizliyə qəsdən təhlükə yaratmaq" ittihamı ilə ədliyyəyə göndərilib. Ali Önər məhkəmə tərəfindən həbs edilib.

Töhfə SƏMƏDOVA,

"Respublika".