Türkiyədə iki ton marixuana ələ keçirilib
Digər xəbərlər

Türkiyədə iki ton marixuana ələ keçirilib

Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) Van sərhəd xəttində 2 ton 90 kilo narkotik ələ keçirildiyini açıqlayıb.

"Respublika" "Hürriyət"ə istinadən xəbər verir ki, Nazirliyin sosial media hesabından açıqlama paylaşılıb.

"Sərhədlərimizdə narkomaniya ilə mübarizə fasiləsiz olaraq davam edir. Van sərhəd xəttində fəaliyyət göstərən Mehmetçikimiz Van İl Polis Şöbəsi, Van Prokurorluğunun təlimatı ilə birgə həyata keçirdikləri axtarış və yoxlama fəaliyyəti nəticəsində sərhəd xəttində 2 ton 90 kiloqram narkotik ələ keçirib" - deyə, açıqlamada bildirilib.

Töhfə SƏMƏDOVA,

"Respublika".