Türkiyə XİN Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib
Gündəm

Türkiyə XİN Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib.

"Respublika" xəbər verir ki, təbrik mesajı təşkilatın rəsmi media hesabında yayımlanıb.

Mesajda deyilir: “Azərbaycanlı qardaşlarımızın Dövlət Bayrağı Gününü coşqu ilə təbrik edirik”.

Paylaşım “#TekMilletİkiDevlet” haştaqı, eləcə də Azərbaycan və Türkiyə bayraqları ilə edilib.