Odessada infrastruktura ciddi ziyan dəyib
Dünya xəbərləri

Odessada infrastruktura ciddi ziyan dəyib

Rusiya Silahlı Qüvvələri gecə boyunca Ukraynanın şəhərlərini bombalayıblar. 

"Respublika" xəbər verir ki, bu barədə Ukrayna Respublikasının Prezidenti Volodimir Zelenski ənənəvi videomüraciəti zamanı açıqlama verib. O bildirib ki, Rusiya silahlı qüvvələrinin törətdiyi zorakı aktlar qlobal təhlükə yaradır. 

Zelenskinin sözlərinə görə, əsas hədəf olan Odessa şəhərində infrastruktur ciddi zərər görüb. O, Odessaya endirilən zərbədən zərər çəkmiş insanlara başsağlığı verib və hücumun nəticələrinin aradan qaldırılması üçün bərpa işlərinin aparıldığını vurğulayıb. 

Jalə QASIMZADƏ, 

"Respublika".