“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Qanun

 “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 4; 2001, № 3, maddə 141; 2007, № 12, maddə 1212; 2008, № 11, maddə 960; 2014, № 4, maddə 331; 2015, № 4, maddə 352; 2016, № 3, maddə 419; 2018, № 4, maddə 651; 2019, № 1, maddələr 36, 47, № 12, maddə 1904; 2020, № 3, maddə 227, № 5, maddə 521, № 12 (I kitab), maddə 1426; 2021, № 7, maddə 711; 2022, № 3, maddə 193) aşağıdakı məzmunda 15-21.1-1-ci maddə əlavə edilsin:

“15-21.1-1. Bu Qanunun 15-21.1-ci maddəsində nəzərdə tutulan icbari tibbi sığorta fondunun büdcəsi hər il üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunur.”.

 İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 9 dekabr 2022-ci il