Texasda güclü yanğın baş verib
Dünya xəbərləri

Texasda güclü yanğın baş verib

ABŞ-ın Texas ştatında, Hyustondan şimal-qərbdə güclü landşaft yanğını baş verib.

"Respublika" xəbər verir ki, bu barədə "Khou" məlumat yayıb.

Bildirilib ki, torpağın səth qatı alışıb.

Yanğın “Living Earth” landşaft kompleksində lokallaşdırılıb. Onun aradan qaldırılmasına 100-ə yaxın fövqəladə hallar işçisi cəlb olunub.
Dağıntı və tələfat barədə məlumat yoxdur. Hələlik yanğının səbəbi də məlum deyil.

Nəzrin ELDARQIZI,

"Respublika".