Taxıl dəhlizi NATO-nun gündəliyindədir
Dünya xəbərləri

Taxıl dəhlizi NATO-nun gündəliyindədir

Ukrayna Prezidenti Vladimir Zelenskinin xahişi ilə NATO-Ukrayna Şurası Brüsseldə səfirlər səviyyəsində iclas keçirib.

"Respublika" xəbər verir ki, bu barədə "Hürriyet" məlumat yayıb.

Bildirilib ki, iclasın əsas gündəm məsələsi Taxıl Dəhlizi olub. Tərəflər son hadisələrlə bağlı məsləhətləşiblər. Rusiyanın geri çəkilmə qərarının pisləndiyi iclasa sədrlik edən NATO baş katibinin müavini Mirça Geoana deyib ki, Moskva beynəlxalq hüquqdan və Ukrayna taxılından asılı olan dünya xalqlarına böyük hörmətsizlik göstərməkdə davam edir.

Rusiyanın Qara dənizlə bağlı son açıqlamalarını və yanaşmalarını tənqid edən NATO-nun baş katibi Stoltenberq bölgənin Alyans üçün strateji əhəmiyyətini vurğulayaraq bildirib ki, müttəfiq ərazisinin hər qarışını istənilən hücuma qarşı müdafiə etməyə hazırdırlar.

Qeyd edək ki, müttəfiqlər Türkiyənin bu təşəbbüslə bağlı davam edən səylərini alqışlayıblar.

Nəzrin ELDARQIZI,

"Respublika".