Tanınmış fransız jurnalist Evian-le Ben şəhərində Natəvanın abidəsini sökmək qərarını tənqid edib
Gündəm

Tanınmış fransız jurnalist Evian-le Ben şəhərində Natəvanın abidəsini sökmək qərarını tənqid edib

Tanınmış fransız jurnalist, Parisin La Gazette du Caucase onlayn qəzetinin baş redaktoru Jan-Mişel Bryun Fransanın Evian-le Ben şəhərində azərbaycanlı şairə Xurşidbanu Natəvanın abidəsinin sökülməsi barədə qərarı tənqid edib.

"Respublika" xəbər verir ki, Bryun bu barədə "X" sosial hesabında yazıb.

"Bu necə fəlakətdir! Biz necə bu nöqtəyə gəlib çıxdıq? Volter və Zolya, xüsusən Natəvana o cür valeh olan Aleksandr Düma, yəqin, məzarlarında tərs dönürlər", - o yazıb.

Qeyd edək ki, hələ 2015-ci ildə Azərbaycanın İsmayıllı şəhəri ilə əməkdaşlıq xartiyası imzalayan Fransanın Evian-le-Ben şəhərinin meriyası azərbaycanlı şairə Natəvanın abidəsini sökməyə hazırlaşır. Heykəl artıq parça ilə örtülüb.

Bundan əvvəl abidənin stendlərinin yerləşdiyi “Azərbaycan parkı” adını bildirən bütün lövhələr sökülüb.