Tacikistanla iqtisadi əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub
İQTİSADİYYAT

Tacikistanla iqtisadi əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub

Tacikisitan sənaye parklarının yaradılmasında Azərbaycanın təcrübəsindən istifadə etməkdə maraqlıdır.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun Tacikistanın sənaye və yeni texnologiyalar naziri Şerali Kabir ilə görüşündə ikitərəfli münasibətlərin inkişafına xüsusi önəm verildiyi vurğulanıb. Qeyd edilib ki, dövlət başçılarının səfərləri, keçirilən yüksək səviyyəli görüşlər tərəfdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə, qarşılıqlı faydalı əməkdaşlığın davamlı inkişafına təkan verib. Belə ki, bu ilin aprelində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Tacikistan Respublikasına dövlət səfəri çərçivəsində keçirilmiş görüşlər, imzalanmış sənədlər əməkdaşlığımızın genişləndirilməsinə təkan verib.

14 iyun İqtisadiyyat Nazirliyindən verilən məlumatda bildirilir ki, görüşdə Azərbaycanın uzunmüddətli strateji təşəbbüslərindən bəhs edilib, regional və qlobal enerji layihələri, habelə reallaşdırılan investisiya layihələri barədə məlumat verilib, iki ölkə arasında potensial əməkdaşlıq imkanları, o cümlədən Azərbaycan ilə Tacikistan arasında alüminium sənayesinin inkişafı, sənaye parklarının yaradılması və fəaliyyətinin dəstəklənməsi ilə bağlı Tacikistanın müvafiq qurumlarına metodoloji və praktiki dəstəyin göstərilməsi istiqamətində əməkdaşlıq nəzərdən keçirilib.

“Respublika”.