Su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur
Region

Su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur

Əhalinin içməli su ilə təminatını yaxşılaşdırmaq məqsədilə Azərbaycanın  regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində regionlarda yerləşən yaşayış məntəqələrinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı layihələrin uğurlu icrası nəticəsində mühüm tədbirlər həyata keçirilmişdir. İlkin mərhələdə, Yevlax şəhərinin sutəmizləyici qurğular kompleksinin inşası həyata keçirilir. Layihəyə uyğun olaraq 1250 kubmetrlik 2 su anbarının, xam su nasos stansiyasının, əks yuma stansiyasının, filtr və kimya binalarının, su anbarı siyirtmə otağının, iki ədəd dinamik qarışdırıcı mikserin, iki ədəd sərfölçmə kamerasının, paylayıcı kameranın, ara hovuzunun, yeddi ədəd siyirtmə otağının və sair inşası həyata keçirilib. Sutəmizləyici qurğular sutkada 20 min kubmetr suyun təmizlənərək yeni inşa edilmiş iki ədəd su anbarına ötürmək gücünə malikdir.

Layihə üzrə artıq şəhərə 2640 metr uzunluğunda 630-mm-lik yüksək təzyiqli polietilen borularla magistral su xəttinin çəkilişinə başlanılıb. Layihənin sonrakı mərhələsində şəhərin digər küçələrinə magistral su xəttindən ayrı-ayrı xətlər çəkiləcəkdir.

                Zabit XƏLİLOV,

                “Respublika”.