Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin regional idarələrində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlər keçirilib.
Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin 100 illiyi münasibətilə Ulu Öndərin əziz xatirəsi ehtiramla anılıb, abidələri ziyarət edilərək üzərinə gül dəstələri düzülüb.