STM-də “Qərbi Azərbaycan yolunda” adlı konfrans keçirilir
Gündəm

STM-də “Qərbi Azərbaycan yolunda” adlı konfrans keçirilir

Sosial Tədqiqatlar Mərkəzində “Qərbi Azərbaycan yolunda” adlı konfrans keçirilir.

"Respublika" xəbər verir ki, konfransı çıxış nitqi ilə deputat Zahid Oruc açıb.

Konfransda Qərbi Azərbaycan məsələsi ilə yanaşı, ilin yekunlarına dair müzakirə də aparılır. 

Qeyd edək ki, konfransda media nümayəndələri, partiya mənsubları və elm adamları iştirak edir.

Töhfə SƏMƏDOVA,

"Respublika".