Səhiyyə orqanları tərəfindən Gədəbəy rayonunun Söyüdlü kəndində əhalinin sağlamlıq vəziyyətinin öyrənilməsi məqsədilə kənd sakinlərinin tibbi müayinələri təşkil edilib.
Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının 16 nəfərdən ibarət tibbi briqadası Söyüdlü tibb məntəqəsində kənd sakinlərini tibbi müayinələrdən keçirir. Həkim briqadası terapevt, kardioloq, pediatr, lor, cərrah, nevroloq, psixiatr, ultrasəs və laborator xidmətlər üzrə mütəxəssislərdən ibarətdir.
30 nəfərədək vətəndaş müayinədən keçmək üçün müraciət edib. Onların hər biri zəruri laborator və instrumental müayinələrdən keçirilib. Kənd sakinlərində xüsusi patologiyalar aşkar olunmayıb.
"Respublika".