Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 54 yoluxma faktı qeydə alınıb, 79 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 822 min 805 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 min 486 nəfər müalicə olunaraq sağalıb, 9 min 935 nəfər vəfat edib. Aktiv xəstə sayı 384 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 984, bu günə qədər isə ümumilikdə 7 milyon 299 min 324 test icra olunub.
AZƏRTAC