Siyasi iradənin, həmrəyliyin uğurları
Siyasət

Siyasi iradənin, həmrəyliyin uğurları

Prezident İlham Əliyevin yürütdüyü daxili xarici siyasətin ölkədə, regionda beynəlxalq müstəvidə uğurlu nəticələri respublikamızda yaradılan sabit sosial-iqtisadi mühitdə, eyni zamanda Gürcüstan Türkiyə kimi qonşu ölkələrdə, eləcə Avropanın bir sıra Adriatik ətrafı Balkan ölkələrində həyata keçirilən transmilli layihələrdə öz əksini tapır.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq siyasi elita tərəfindən prinsipial, sözünə bütöv, əqidəli bir siyasətçi kimi tanınır. Elə ona görə hazırda Azərbaycan dünyada istər siyasət, istərsə iqtisadi sahədə etibarlı tərəfdaş kimi qəbul olunur. Prezident İlham Əliyevin müəyyən etdiyi müstəqil xarici siyasət kursu dünyada bir-birinə qarşı duran qütblər tərəfindən müsbət qiymətləndirilir. Azərbaycanın müxtəlif güc mərkəzlərindən bərabər məsafədə mövqe seçməsi, ikitərəfli münasibətlərdə bərabər hüquq, qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə sadiq qalması, eyni zamanda ikitərəfli əməkdaşlığın heç bir halda üçüncü tərəfi hədəfə almaması reallığı beynəlxalq aləmdə dövlətimizə onun rəhbərinə olan yüksək ehtiram hörmətin əsas amillərdir.

Dövlət başçısı İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra öhdəsinə düşən bütün məsələləri böyük səylə, ardıcıl sistemli surətdə yerinə yetirmişdir. Cənab İlham Əliyevin inamla həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyası, islahatlar həm onun yüksək idarəçilik qabiliyyətinə mükəmməl təcrübəsinə dəlalət edir. Dövlət başçısı rasional addımları ilə ölkəmizin tərəqqi yüksəlişinə yeni nəfəs vermişdir.

Həyata keçirilən sosial-iqtisadi islahatların, infrastruktur layihələrinin səmərəli nəticələr verməsi, hər bir fərdin maraq mənafeyini özündə maksimum səviyyədə əks etdirməsi, dövlətin perspektiv inkişafına hesablanması möhtərəm Prezidentimiz İlham Əliyevin yüksək bilik intellektə, təcrübə istedada, geniş dünyagörüşünə, çevik idarəçilik məharətinə, güclü əzm qətiyyətə malik lider olduğunu bir daha nümayiş etdirir.

Onun bu şəxsi keyfiyyətini İkinci Qarabağ müharibəsi dövründə xalqımız da, dünya ictimaiyyəti daha dolğun əyani şəkildə gördü. O zaman Azərbaycan iki cəbhədə müharibə aparırdı. Ordumuz, zabit əsgərlərimiz döyüş meydanında şücaət göstərərək düşməni torpaqlarımızdan qovur, Prezident, Ali Baş Komandan İlham Əliyev isə 40-dan çox xarici media qurumuna müsahibə verərək Qarabağ probleminin əsl mahiyyətini dünyaya çatdırırdı. Telekanallar arasında Frans-24, Fox-NEWS, BBC-NEWS-un müxbirləri xəbis suallarına İlham Əliyev öz virtuoz cavabları ilə onları sarsıdıb susdurdu. Azərbaycan hər iki cəbhədə cəmi 44 günə bütün düşmənlərinin üzərində qələbə çaldı.

Prezidentimiz bütün məqsədlərinə ən qısa zamanda nail olan müdrik siyasətçi, böyük rəhbərdir. Hazırda qarşıya qoyulan məqsədlərin hamısı yavaş-yavaş gerçəkləşir. Bugünkü prioritet hədəflər, ölkəmizdə siyasi, iqtisadi, sosial islahatların həyata keçirilməsini sürətləndirmək, dayanıqlı makroiqtisadi sabitliyə, Böyük Qayıdışın mərhələli həllinə nail olmaq, əhalinin həyat tərzini daha da yaxşılaşdırmaqdır. İşğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı təmin olunmalı, Qarabağ Şərqi Zəngəzur iqtisadi zonalarının ölkənin iqtisadi sosial simasında tarixi mövqeyi bərpa edilməlidir. Bu sahədə diqqət göstərilən ən mühüm amil insanların sağlam həyat tərzinin formalaşdırılması üçün ekoloji baxımdan əlverişli "yaşıl" texnologiyaların tətbiqinə diqqətin artırılmasıdır.

Qarabağda Şərqi Zəngəzurda başlayan genişmiqyaslı tikinti-bərpa, quruculuq işləri yüksək templə uğurla davam edir. Prezidentin Qarabağ Şərqi Zəngəzur iqtisadi rayonlarına etdiyi hər səfər işğaldan azad olunmuş bölgələrin bərpasını daha da sürətləndirir. Dövlət başçısının səfərləri fonunda bölgədə iqtisadi inkişafın təməlini təşkil edən yol-nəqliyyat infrastrukturu, energetika sistemi yaradılır, eyni zamanda sosial obyektlər istifadəyə verilir.

Mayın 28-, Müstəqillik Günündə Laçın şəhərində doğma yurduna qayıdan əhali ilə görüşüb evlərin açarlarını onlara təqdim edən Prezident İlham Əliyev uzun fasilədən sonra doğma torpaqlarına qovuşan laçınlıların sevincinə şərik oldu: "Bu gün yeni Laçın şəhərinin yeni siması müstəqilliyimizin qədər güclü olmasını bir daha göstərir. Çünki cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub sizin sərəncamınıza verilir. İlk 20 ailə artıq dünəndən Laçında yerləşibdir iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Beləliklə, birinci mərhələdə Laçında 4 minə yaxın, bəlkə çox insan yaşayacaqdır", - söyləyən dövlət başçımız İlham Əliyevin əminliklə bildirdiyi kimi, 7-8 ay ərzində 700-dən artıq fərdi çoxmənzilli binanın inşa edilməsi o deməkdir ki, 764 ailə doğma ocağının istisinə sığınacaq.

Bəli, işğaldan azad edilmiş ərazilərimizdə həyat qaynayır, yollar, körpülər, tunellər, elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar, yaşayış binaları, məscidlər inşa edilir, yenidən qurulur ya təmir olunur, elektrik xətləri çəkilir. Bütün bu quruculuq işlərinin təməlində Prezident İlham Əliyevin yüksək idarəçilik rəhbərlik bacarığı, eləcə Azərbaycan xalqının birliyi, həmrəyliyi, sarsılmaz iradəsi dayanır.

Söhrab SƏFİYEV,

"Respublika".