Sirləri aşkara çıxaran teleskopla çəkilən ilk şəkillər yayımlanıb
Dünya xəbərləri

Sirləri aşkara çıxaran teleskopla çəkilən ilk şəkillər yayımlanıb

Kainatın ən böyük sirlərini araşdırmaq üçün nəzərdə tutulan Evklid kosmik teleskopu kosmosun ilk şəkillərini yayımlayıb. 

“Respublika” bu barədə “CNN”ə istinadən xəbər verir.

 Avropa Kosmik Agentliyinin Evklid layihəsinin meneceri Cüzeppe Rakka açıqlamasında bildirib:

“Evklidin dizaynı və inkişafının 11-ci ilindən sonra bu ilk şəkilləri görmək çox həyəcanvericidir”.

Menecer həmçinin bildirib ki, tamamilə kalibrlənmiş Evklid, nəhayət, səmanın ən böyük 3D xəritəsini yaratmaq üçün milyardlarla qalaktikaları müşahidə edəcək.

Töhfə SƏMƏDOVA,

"Respublika".